Azərbaycanda iki polis narkotikə görə həbs edilib? AÇIQLAMA


Digərləri 18 Sen 2021 17:28:00 125 0

Azərbaycanda iki polis narkotikə görə həbs edilib?  AÇIQLAMA

Bəzi xəbər saytlarında Quba rayon ərazisində narkotik maddə plantasiyası zamanı saxlanılan iki polis əməkdaşının saxlanıldığı iddia edilib. 

Bildirilib ki, narkotik maddələri əkib becərən Quba Rayon Polis Şöbəsinin əməkdaşları - Sadiq Pənahov və Samir həbs ediliblər.

Ölkə.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar düzgün deyil:

"Bəzi xəbər saytlarında Qubada narkotiklərlə mübarizə tədbirləri ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı iki nəfər polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatlar əsassızdır və  həqiqəti əks etdirmir.