ABŞ və Fransa üzüzə: “Vahid Qərb” parçalanır?


Dünya 18 Sen 2021 16:12:00 138 0

ABŞ və Fransa üzüzə: “Vahid Qərb” parçalanır?

Son.az xəbər verir ki, axar.az hibrid müharibə üsullarının strateji araşdırmalarında ixtisaslaşmış amerikalı mütəxəssis Endryu Korıbko ilə müsahibəni təqdim edir:

- Avstraliya, Britaniya və ABŞ AUKUS adlı yeni alyansını yaratdıqdan dərhal sonra Avstraliya Fransa ilə olan 90 milyardlıq sualtı qayıq müqaviləsindən çıxdı və bu da öz növbəsində Fransa tərəfinin hiddətinə səbəb oldu. Öncə ondan başlayaq ki, yeni alyans nəyə görə önəm kəsb edir və Çin faktoru nəzərə alınarsa, onun böyümə ehtimalı varmı?

- Bu, Qərbin Çin əleyhinə çəpərləmə səylərinin əsası olaraq anqlosferanın güclənməsini əhəmiyyətli dərəcədə əks etdirir. Bu, xüsusilə Amerika, Avstraliya, Hindistan və Yaponiya arasında ABŞ-ın rəhbərlik etdiyi Dördtərəfli Təhlükəsizlik Dialoqunun daha böyük səyləri üçün mərkəzi zəmin yaratmaq məqsədi daşıyır. Bu quruluş Vyetnam kimi regional tərəfdaşlarla da əməkdaşlıq edir. Fransa son zamanlar AUKUS ölkələri tərəfindən xəyanətə məruz qalsa da, onun da burada bir rol oynamaq şansı var.

- Artıq uzun müddətdir avropalılarla, daha dəqiq fransızlarla amerikalıların maraqları bir-biriylə üst-üstə düşmür. Biz ABŞ-ın özünün tərəfdaşları və müttəfiqləri siyahısına dəyişiklik edəcəyini düşünə bilərikmi?

- ABŞ və Fransa arasında ciddi parçalanması ehtimalı mövcud deyil. Uzunmüddətli strateji nəticələrə səbəb olan elementləri bir kənara qoyaq, amma 2003-cü il İraq müharibəsi ilə əlaqədar yaşanan fikir ayrılıqlarından bəri bu iki ölkə arasındakı güvən hazırda ən aşağı səviyyədədir. Bu güvəni geri qaytarmaq üçün bir az vaxt lazım olacaq, əgər bu, ümumiyyətlə mümkün olacaqsa. Görünən odur ki, hətta Parisin ən geniş "təsir dairəsinə" sahib olduğu Afrikada da daha ciddi bir "dostluq rəqabəti" başlaya bilər.

- "Şimal axını 2" layihəsi və AB ordusunun yaradılması fikirlərinin ən böyük dəstəkçisi Almaniya və Fransadır, buna qarşı isə ABŞ çıxır. Bu fonda Qərb anlayışında dəyişiklik ola bilərmi? Avropanın özündə parçalanma yarana bilərmi?

- Birləşmiş Ştatların həm geniş, həm də xüsusi anlamda özlərini "demokratiya carçısı" kimi qələmə verənləri "avtokratiya"lara qarşı gətirməyə çalışan "Ümumi Qərb" anlayışı bu inkişafın qarşısında aciz qalıb. Nəzərə almalıyıq ki, bir tərəfdən Brüssel ilə, digər tərəfdən Polşa və Macarıstan arasında daha böyük daxili hüquqi və siyasi fərqlər ortaya çıxıb. Bu inkişaflar Qərb daxilində daha çox fikir ayrılığı yaradır və vahid aktor kimi fəaliyyət göstərmə ehtimalını azaldır. İngiltərə ayrıldıqdan sonra Avropa Birliyi özü parçalandı, Polşa və Macarıstan kimi bəzi Mərkəzi və Şərqi Avropa ölkələri açıq şəkildə Brüsselə laqeyd yanaşmağa başladılar. Bu, Atlantik və keçmiş "Dəmir Pərdə" boyunca parçalanan, getdikcə daha çox bölünən "Qərb ssenarisi"nə gətirib çıxarır.

- Fransa xarici işlər naziri Jan-İv Lö Drian sualtı qayıqlarla bağlı sazişin pozulmasından sonra Avstraliyanı hədələdi, Fransanın böyük sərtlik nümayiş etdirəcəyini dedi. Fransa bu məqamda hansı addımları ata bilər?

- Bəli, o, arxadan bıçaqlandıqlarını iddia etdi, lakin Fransanın Avstraliyanı, o cümlədən, digər AUKUS dövlətlərini təhdid etməsi üçün ciddi bir səbəb mövcud deyil. Fransanın edə biləcəyi ən böyük iş bu qərarı protest etmək və rəsmi Kanberranı məhkəməyə vermək ola bilər.