Gürcüstanda daha 52 nəfər koronavirusdan öldü


Digərləri 18 Sen 2021 12:18:00 149 0

Gürcüstanda daha 52 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 997 yoluxma halı qeydə alınıb, 52 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 593 763, ölənlərin sayı isə 8 498 nəfərə çatıb. Virusa yoluxanlardan 558 042 (94%) nəfərin sağaldığı bildirilir.