Aktrisa: “Geyinilmiş paltarlar alıram” FOTO


Şou-biznes 18 Sen 2021 09:12:00 130 0

Aktrisa: “Geyinilmiş paltarlar alıram”  FOTO

Türkiyəli məşhur aktrisa Şebnem Bozoklu həyat yoldaşı Kanat Atkaya və dostları ilə nahar edən zaman kameralara tuş gəlib.

Son.az oxu.az-a istindən xəbər verir ki,42 yaşındakı aktrisa çıxışda jurnalistlərin suallarını cavablandırıb.

O deyib ki, bacardığı qədər dostları ilə vaxt keçirməyə çalışır.

Aktrisanın sözlərinə görə, alış-veriş zamanı ikinci əl paltarlara üstünlük verir:

"İkinci əl geyimlərin möhtəşəm bir şey olduğunu düşünürəm. Moda və sürətli istehlakın təbiətə zərər verdiyini bilirəm. Almamağa çalışıram, amma təbii ki alırıq. Buna görə də ikinci əl, xüsusən də az istifadə olunan paltarlara üstünlük verirəm".