Bayden BMTnin koronavirusa dair virtual zirvəsini təşkil edir


Dünya 18 Sen 2021 08:43:00 126 0

Bayden BMTnin koronavirusa dair virtual zirvəsini təşkil edir

ABŞ prezidenti Cozef Bayden 22 sentyabrda BMT Baş assambleyası çərçivəsində koronavirusla mübarizə mövzusunda virtual zirvə təşkil edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki açıqlama verib.

"Bu görüş "COVID-19" ilə mübarizədə ümumi səylərimizi genişləndirməyə və gücləndirməyə həsr olunmuşdur", - C.Psaki deyib.

O, ABŞ-ın sammit iştirakçılarından daha iddialı hədəflərə bağlılıqlarını bəyan etmələrini istəmək niyyətində olduqlarını vurğulayıb ki, bu da dünya əhalisinin peyvəndlə əhatə olunmasına aiddir.

Tədbirə tam olaraq kimin dəvət olunduğu açıqlanmır.