Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...


Digərləri 18 Sen 2021 08:46:00 99 0

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır: * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsinə səbəb olur. * Duzun çox qəbul edilməsi sidiklə kalsiumun xaric olunmasına səbəb olur ki, bu zaman sümüklər zəifləyir. * Duzun miqdarını azaltmaq üçün dadına baxmadan yeməyə duz əlavə etmək olmaz. * Həmişə təzə və duza qoyulmamış qidalar qəbul etmək lazımdır. * Evə alınan duzun keyfiyyətinə nəzarət edilməlidir. * Süfrəyə duz qoyulmamalıdır. * Duz əvəzinə bəzi qidalara cəfəri, nanə qurusu, razyana, reyhan kimi dadlandırıcılar qatılsa, orqanizm daha faydalanar və sağlam olar. * Turşu, ketçap, xardal, soya sousunun tərkibində duz çoxdur. Nə qədər az istifadə edilərsə, bir o qədər faydalıdır. Bu qidalardan uzaq durmaq lazımdır. * Duzun orqanizmə zərərini azlatmaq üçün bol meyvə və tərəvəz qəbul etmək lazımdır. * Duzun orqanizmə təsirini azaltmaq üçün bol su içmək lazımdır. Son.az