Avropa Komissiyasının rəhbəri Buxarestə səfər edəcək


Dünya 18 Sen 2021 08:28:00 108 0

Avropa Komissiyasının rəhbəri Buxarestə səfər edəcək

Avropa Komissiyasının (AK) rəhbəri Ursula von der Leyen 27-də Rumıniya paytaxtı Buxarestə səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə AK nümayəndəsi Dana Spinant bildirib.

"Ursula von der Leyen 27 sentyabrda Rumıniyaya gələcək, bu da Rumıniya üçün Milli bərpa və davamlılıq planının təsdiq edildiyini bildirir. Və başqa bir yaxşı xəbər: 48 milyard avrodan, Avropadakı bütün davamlı inkişaf proqramlarından 9,7 milyard avro Rumıniyada nəqliyyata ayrılmışdır", - Rumıniyanın baş naziri Florin Kıtsu bu barədə deyib.

Ümumilikdə, Rumıniya Milli bərpa və davamlılıq planı çərçivəsində Avropa İttifaqının pandemiyanın nəticələrindən iqtisadi bərpa fondundan 29.2 milyard avro alacağını gözləyir.