İstanbulda öz toylarına gedən cütlük qəzaya düşdü


Dünya 18 Sen 2021 08:12:00 108 0

İstanbulda öz toylarına gedən cütlük qəzaya düşdü

Türkiyənin İstanbul şəhərində nikah bağladıqdan sonra Adanadakı toylarına gedən cütlük qəzaya düşüb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, cütlüyün də içində olduğu maşın arxadan TIR-a çırpılıb.

Nəticədə, iki nəfər ölüb, dördü isə yaralanıb.

Hadisə yerinə çox sayda polis və tibbi yardım cəlb edilib.

Qəzada ölənlər bəyin ata və anasıdır.