Britaniyaya gələn əcinəbilərlə bağlı məhdudiyyətlər yumşaldılır


Dünya 17 Sen 2021 23:42:00 119 0

Britaniyaya gələn əcinəbilərlə bağlı məhdudiyyətlər yumşaldılır

Britaniyada səfər edən xarici vətəndaşlara tətbiq olunan "COVID 19" məhdudiyyətlərlə bağlı dəyişiklik edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şapps bildirib.

Bildirilir ki, oktyabrın 4-dən etibarən koronavirusa qarşı tam peyvənd alan səyahətçilərə dünyanın əksər ölkələrindən İngiltərəyə gəldikdən sonra yalnız bir COVID-19 testindən keçmələri lazım olacaq.

Qaydalarda yumşalma ölkə tərəfindən təsdiqlənmiş peyvəndlərlə aşılanmayan şəxslərə şamil edilməyəcək.