Macarlar onlara miras qalmış daşınmaz əmlak obyektlərindən istifadə etməyi üstün tuturlar


Dünya 17 Sen 2021 23:00:00 222 0

Macarlar onlara miras qalmış daşınmaz əmlak obyektlərindən istifadə etməyi üstün tuturlar

Macarların çoxu onlara miras qalmış daşınmaz əmlak obyektlərinin qanuni sahibləri olduqdan sonra həmin obyektləri satmaq əvəzinə onlardan istifadə etməyi üstün tutur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanda daşınmaz əmlak üzrə aparıcı qurum sayılan "Texnoxasa" agentliyinin tədqiqatçıları apardıqları rəy sorğusunun yekunlarına əsasən bu qənaətə gəliblər. Sorğu nəticələrinin təhlili göstərir ki, miras qalmış əmlakın satılması üçün il yarıma qədər vaxt tələb oluna bilər. Bu səbəbdən, bəxtəvər vərəsələrin çoxu belə obyektləri daşınmaz əmlak bazarına çıxararaq "başlarını ağrıtmaq" istəmirlər. İyul ayında Budapeştdə miras qalmış daşınmaz əmlakın 17 faizi, kənd yerlərində isə 18 faizi satılıb. Bu rəqəmlər keçən ilin eyni dövrü ilə müqayisədə, müvafiq surətdə 3 faiz və 4 faiz aşağıdır.

Bu faktı çox sadə izah edirlər: şəhərlərdə mənzillərin qiyməti xeyli yuxarıdır, buna görə də onlar uzunmüddətli investisiyalar üçün ideal imkan yaradır.