Azərbaycanda benzin istehsalı azalıb


Digərləri 17 Sen 2021 21:10:00 151 0

Azərbaycanda benzin istehsalı azalıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 2,5 faiz azalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ümumilikdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2881,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 8,7 faiz artıb.

Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 72,8 faiz, sürtkü yağlarının istehsalı 66,8 faiz, neft koksunun istehsalı 21,3 faiz, dizel yanacağının istehsalı 12,5 faiz, neft bitumunun istehsalı 7,4 faiz artıb, avtomobil benzininin istehsalı 2,5 faiz, yanacaq mazutunun istehsalı isə 26,3 faiz azalıb.