İranda daha 364 nəfər COVID19dan ölüb


Dünya 17 Sen 2021 20:36:00 159 0

İranda daha 364 nəfər COVID19dan ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 364 nəfər ölüb.

Son.az bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 116 436 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 17 605 nəfər COVID-19-a yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 5 396 013 nəfərə çatıb.