Layma Vaykule özünü “yüngül narkoman” adlandırdı FOTO


Şou-biznes 17 Sen 2021 20:24:00 193 0

Layma Vaykule özünü “yüngül narkoman” adlandırdı  FOTO

Rusiyalı və latviyalı müğənni Layma Vaykule özünü "yüngül narkoman" adlandırıb. O, bunu nikotin asılılığı ilə əlaqələndirib. Müğənni siqaretdən imtina etməyi arzuladığını, ancaq bunu həm də çox xoşladığını etiraf edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 67 yaşlı ifaçı özündən narazı olduğunu da vurğulayıb.

"Qadınların ən böyük faciəsi, hər zaman özlərindən narazı qalmalarıdır. Mən də istisna deyiləm. Yaxşı ki, arxiv yazılarını izləmək və qiymətləndirmək üçün fürsətimiz var", - deyə musiqiçi bildirib.

İfaçının sözlərinə görə, 50 yaşında olarkən - "Rossiya" Dövlət Mərkəzi Konsert Salonunda "Çay vdvoyom" qrupu ilə birlikdə mahnı oxuyarkən ən yaxşı formasında olub.

"Baxıram və düşünürəm: "Nə gözəl!" Amma həmin vaxt təbii ki, özümdən narazı idim", - deyə ifaçı əlavə edib.

Vaykule uzun müddətdir ki, öz ünvanına tənqidə fikir vermədiyini qeyd edib. Onun sözlərinə görə auditoriyası onunla birlikdə yaşlaşır, 13 yaşlı fanatlara isə ehtiyacı yoxdur.