Türkiyə ilk yerli peykini kosmosa buraxacaq


Dünya 17 Sen 2021 20:18:00 134 0

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa buraxacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O bildirib ki, "Türksat 6A" peykinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində aparılır.

Nazirin sözlərinə görə, sınaq müddətinin 2022-ci ilədək davam edəcəyi gözlənilir.

Peykin buraxılışının 2023-cü ilin ilk rübündə baş tutması planlaşdırılır. A.Karaismailoğlu "Türksat 6A"nın "SpaceX" şirkəti tərfindən buraxılacağını bildirib.

Son.az