Sənubər İsgəndərli bu kanalda aparıclıq edəcək


Şou-biznes 17 Sen 2021 19:12:00 115 0

Sənubər İsgəndərli bu kanalda aparıclıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır.

Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərdə yayıma başlayacaq.