İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərə səfər edib FOTO


Siyasət 17 Sen 2021 18:40:00 159 0

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərə səfər edib  FOTO

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti faktaraşdırıcı missiyanın davamı olaraq Tərtər şəhərinə səfər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə birgə səfər edən nümayəndə heyətini Tərtər şəhərində rayonun icra başçısı Müstəqim Məmmədov qarşılayıb.

İcra başçısı 44 günlük Vətən müharibəsi ərzində ermənilərin rayon ərazisinə 16 mindən çox mərmi atdığını və bunlardan 21-nin qadağan olunmuş raket olduğunu qonaqların diqqətinə çatdırıb.

Onun sözlərinə görə, müharibə dövründə əhali arasında 16 mülki vətəndaş həlak olub. Onlarla insan yaralanıb. Dağılan evlər Prezident İlham Əliyevin tapşırığı ilə çox qısa bir müddətdə bərpa olunub.

Xatırladaq ki, İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti bundan öndə Ağdamda faktaraşdırıcı missiya həyata keçirib.