Azərbaycanın strateji valyuta ehtiyatları 53,2 mlrd. dollara çatıb


Digərləri 17 Sen 2021 18:16:00 147 0

Azərbaycanın strateji valyuta ehtiyatları 53,2 mlrd. dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% (2,4 mlrd. ABŞ dolları) artaraq 53,2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.

Son.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib.

Qeyd edilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.