Rusiyada COVID19dan ölənlərin sayı 196 mini ötüb


Dünya 17 Sen 2021 17:48:00 108 0

Rusiyada COVID19dan ölənlərin sayı 196 mini ötüb

Rusiyada son sutka ərzində daha 19 905 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, TASS bu barədə Operativ Qərargaha istinadən məlumat yayıb.

Ölkədə COVID-19-a yoluxanların sayı 7 234 425 nəfərə çatıb.

Son sutka ərzində 791 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 196 626 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.