Bu gün neçə nəfərə peyvənd vurulub?


Digərləri 17 Sen 2021 16:46:00 81 0

Bu gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 357 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 437 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 863 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 588 732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 274 860 təşkil edir.