Beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədləri BMTnin saytında dərc edilib


Siyasət 17 Sen 2021 16:36:00 76 0

Beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədləri BMTnin saytında dərc edilib

BMT Baş Assambleyasının vebsaytında İnsan Hüquqları Şurasının 13 sentyabr-8 oktyabr 2021-ci il tarixində keçirilən 48-ci sessiyasının gündəliyinə Azərbaycana dair təklif edilən iki sənəd yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sənədlərin müəllifləri Cenevrədə yerləşən, BMT-də akkreditə olunmuş, qeyri hökümət təşkilatları olan- Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitut (Institut International pour les Droits et le Développement - İRDG) və Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutudur (Global Institute for Water, Environment and Health - GİWEN) . Beynəlxalq təşkilatlar İnsan Hüquqları üzrə Şuranı və dünya birliyini piyadalar əleyhinə mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təsir etməyə, transsərhəd suların çirkləndirilməsinin inkişafa əngəl olduğuna diqqəti cəlb etməklə Azərbaycan ərazisindən keçən Oxçuçayda yaranmış fəlakətli ekoloji durumun qarşısının alınmasına və nəzarət mexanizminin yaradılmasına çağırıblar.

İRDG hesab edir ki, piyadalar əleyhinə mina xəritələrini yaratmaqla Ermənistan özü xəritələrin kütləvi tətbiqi siyasəti ilə bağlı çoxdan inkar etdiyi faktları etiraf edib. Nəzərə çatdırılıb ki, indiyədək Ermənistanın təhvil verdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz təşkil edib, mina partlayışlarının davam etməsi günahsız insanların həlak olması və yaralanması ilə nəticələnir, Azərbaycan hökumətinin bölgədə yenidənqurma və bərpa işlərini aparmasına ciddi şəkildə mane olur.

İRDG beynəlxalq ictimaiyyəti günahsız insanların 30 illik həsrətdən sonra təhlükəsiz şəkildə öz evlərinə dönmələri üçün Ermənistandan bütün mina xəritələrini təhvil verməyi tələb etməyə dəvət edib.

GİWEN isə təhlükəsiz suya çıxışın bütün insanların layiqli və sağlam həyat tərzi yaşamaları üçün fundamental tələbat və insan haqları olduğunu vurğulayıb. Azərbaycanın Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın çirkləndirilməsini Qarabağ ekologiyası üçün təhdid adlandırılıb. Bildirilib ki, təşkilat 2021-ci ilin yanvar-mart ayları ərzində Oxçuçayın Zəngilan rayonundan keçən müxtəlif hissələrindən alınan su nümunələrini analiz edib və bu proses çay hövzəsində çirklənmə səviyyəsinin kritik olduğunu sübut edib.

GIWEH bəyan edib ki, çayın və onun ekosisteminin məruz qaldığı ekoloji risklər haqqında ictimaiyyətin məlumatlılığını artırmaq, İnsan Hüquqları üzrə Şuranın və beynəlxalq birliyin diqqətini Oxçuçayda yaranmış ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir. "Su çirkliliyi və tullantıların idarə edilməsi dünyanın bir çox yerində kritik problemə çevrilməkdədir. Beynəlxalq birlik çirklənmənin qarşısının alınması üçün tədbirlər görməli və nəzarət mexanizmi hazırlamalıdır", - deyə bildirilib.

Yoluxanlarla bağlı bu günə olan statistika  Ölənlərin sayı da azalıb like
  • 17 Sen 16:33  
Digərləri Yoluxanlarla bağlı bu günə olan statistika Ölənlərin sayı da azalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yol

arrow Ətraflı
Bakıda məhşur kəşfiyyatçının bir vaxtlar yaşadığı bina qəzalı vəziyyətdədir like
  • 17 Sen 16:30  
Digərləri Bakıda məhşur kəşfiyyatçının bir vaxtlar yaşadığı bina qəzalı vəziyyətdədir

Sovet dönəminin məhşur kəşfiyyatçısı bakılı Rixard Zorgenin bir vaxtl

arrow Ətraflı
Nazirlik rəsmisi əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsinə münasibət bildirib like
  • 17 Sen 16:24  
Digərləri Nazirlik rəsmisi əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsinə münasibət bildirib

Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tə

arrow Ətraflı
Keçidlərdə maska taxmayanlar niyə cərimələnir?  AÇIQLAMA like
  • 17 Sen 16:18  
Digərləri Keçidlərdə maska taxmayanlar niyə cərimələnir? AÇIQLAMA

Yeraltı və yolüstü keçidlərdə maska taxmayanlar cərimə edilir.

arrow Ətraflı
Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var like
  • 17 Sen 16:12  
Dünya Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər h

arrow Ətraflı
Məşhur aktrisa vəfat etdi like
  • 17 Sen 16:06  
Şou-biznes Məşhur aktrisa vəfat etdi

Amerikalı aktrisa, müğənni və rəqqasə Ceyn Pauell vəfat edib.

arrow Ətraflı
Bakıda ağaclıq ərazidə yanğın başlayıb like
  • 17 Sen 16:00  
Digərləri Bakıda ağaclıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şə

arrow Ətraflı
İranlı fəhlələr Xankəndidə işləyir? like
  • 17 Sen 15:54  
Digərləri İranlı fəhlələr Xankəndidə işləyir?

İran vətəndaşı olan şəxslərin Qarabağda ermənilər yaşayan ərazilər

arrow Ətraflı
Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar  Ombudsman like
  • 17 Sen 15:48  
Siyasət Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar Ombudsman

Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar.

arrow Ətraflı
Meyxanaçının sevgilisindən qalmaqallı açıqlama like
  • 17 Sen 15:42  
Şou-biznes Meyxanaçının sevgilisindən qalmaqallı açıqlama

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin &qu

arrow Ətraflı
Alfonso Sastre vəfat etdi like
  • 17 Sen 15:36  
Dünya Alfonso Sastre vəfat etdi

İspan yazıçı və dramaturq Alfonso Sastre 95 yaşında vəfat edib.

arrow Ətraflı
Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adlar verilib like
  • 17 Sen 15:32  
Siyasət Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adlar verilib

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını

arrow Ətraflı
Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasının bir qrup əməkdaşını təltif etdi like
  • 17 Sen 15:31  
Siyasət Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasının bir qrup əməkdaşını təltif etdi

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını

arrow Ətraflı
GorusQafan yoluna alternativdə də tıxac yarandı like
  • 17 Sen 15:30  
Digərləri GorusQafan yoluna alternativdə də tıxac yarandı

Erməni telegram kanalları Gorus-Qafan yoluna alternativ kimi göstərilən Qaf

arrow Ətraflı
Bakı Musiqi Akademiyasının əməkdaşlarına Prezidentin fərdi təqaüdləri verildi like
  • 17 Sen 15:26  
Siyasət Bakı Musiqi Akademiyasının əməkdaşlarına Prezidentin fərdi təqaüdləri verildi

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını

arrow Ətraflı