Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var


Dünya 17 Sen 2021 16:12:00 116 0

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib.

Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.