Faktaraşdırıcı missiya Ağdama səfər edib FOTO
Siyasət 17 Sen 2021 15:06:00 290 0
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyətinin Ağdam şəhərinə səfəri başlayıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi Ağdamda ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.
Monitorinqlərdən sonra əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.
Mənbə: milli.az