Böyük Britaniya şirkətlərinin Azərbaycana marağı müzakirə olunub


Digərləri 17 Sen 2021 14:35:00 134 0

Böyük Britaniya şirkətlərinin Azərbaycana marağı müzakirə olunub

Ələt Azad İqtisadiyyat Zonasının Sədri Valeh Ələsgərov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpla görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp məlumat verib.

Səfir bildirib ki, bu gün Ələt Azad İqtisadiyyat Zonasının Sədri Valeh Ələsgərovla yaxşı bir görüşümüz oldu. Böyük Britaniya şirkətlərinin Azərbaycanın Qafqaz-Xəzər qovşağı kimi mövqeyindən yararlanmaq imkanlarını müzakirə etdik.