"Qısqanılmağı bircə mən sevirəm"


Şou-biznes 17 Sen 2021 14:50:00 122 0

"Qısqanılmağı bircə mən sevirəm"

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva izləyicilərinin bəzi suallarını cavablandırıb.

Son.az "yenisabah.az"a istinadən xəbər verir ki, son vaxtlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn 29 yaşlı bloqqer bu haqda sorğuları iqnor edib:

- İnsanlarda ilk nəyə diqqət edirsiniz?

- Tərbiyəsinə. Ən önəmli faktor budur.

- Qısqanclıq sevgini öldürürmü?

- Deyəsən, qısqanılmağı bircə mən sevirəm. Əlbəttə, qədərində və əsaslı. Yoxsa "Niyə divara çox baxdın?" kimi yox.

- Xəyallarınıza çatmaq üçün nə etmisiniz, nələrdən vaz keçmisiniz?

- Hüzurundan vaz keçib. İndi isə hüzuruna qovuşub.

- Uşaq vaxtı bu yaşınızda özünüzü kim olaraq xəyal edirdiniz?

- Hollivud ulduzu olacağımı düşünürdüm. Həmişə qırmızı xalıda təsəvvür edirdim özümü.

- Sizcə, ailə həyatında nə zaman "bitdi" deməyin zamanıdır?

- Tutunacaq bir şeyin olmadığının fərqinə vardığında. O an özünüzə sual verin: Mən bu həyatı yaşamağa layiqəm?

- Əsl sevgi sizin üçün nədir?

- Bir-birinə hörmətlə yanaşmaq.