Tünzalə Ağayevanın formada qalma sirri


Şou-biznes 17 Sen 2021 14:38:00 99 0

Tünzalə Ağayevanın formada qalma sirri

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir.

Son.az yenisabah.az-a istinadən xatırladır ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib.

T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramın ən aktiv istifadəçilərindəndir. Onun yeni görünüşü izləyiciləri tərəfindən də bəyənilib.

Müğənniyə daha çox formada qalma sirri ilə bağlı suallar ünvanlanıb. Tünzalə hər gün idman edib, pilateslə məşğul olduğunu açıqlayıb. O, pilates edərkən olan görüntülərini də izləyiciləri ilə bölüşüb.