Gürcüstanda koronavirusa yoluxanların sayı 591 mini keçib


Digərləri 17 Sen 2021 14:26:00 107 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 591 mini keçib

Gürcüstanda son sutkada daha 2 039 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 192 nəfər müalicə olunaraq sağalıb.

Son.az bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində 56 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək qonşu ölkədə 591 766 nəfərdə COVID-19 aşkarlanıb. Onların 556 810-u sağalıb, 8 446-sı isə vəfat edib.