Avqustda Azərbaycana gələn turistlərin sayı açıqlanıb


Digərləri 17 Sen 2021 14:08:00 100 0

Avqustda Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Bu ilin avqustunda ölkəyə 77 min 119 turist gəlib.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat verilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 145 faiz artım deməkdir.

Lakin pandemiyadan öncəki illə müqayisədə rəqəmlər hələ də 79 faiz azdır. Belə ki, 2020-ci ilin avqustunda ölkəyə 31 min 434, 2019-cu ilin müvafiq dövründə isə 361 min 359 turist gəlmişdi.

2021-ci ilin yanvar-avqustunda isə turist axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz azdır.

Cari ilin avqustunda ən çox əcnəbinin gəldiyi ölkələrə nəzər saldıqda görürük ki, ilk beşlikdə Rusiya, Türkiyə, İran, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.