Rusiya ermənilərə indi də bu yolla silah satır


Digərləri 17 Sen 2021 13:25:00 100 0

Rusiya ermənilərə indi də bu yolla silah satır

Rusiya yenidən Ermənistanı silahlandırmaq qərarına gəlib. 44 günlük müharibədə Rusiya silahının üzləşdiyi biabırçılıq deyəsən, Ermənistana dərs olmayıb.

Son.az erməni telegram kanallarına istinadən xəbər verir ki, bu dəfə ermənilər Rusiyanın silah istehsalçısı ORSIS vasitəsilə silah əldə etmək fikrinə düşüblər. Bu şirkət əvvəlki tenderin uğursuz olması ilə bağlı qalmaqaldan sonra Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlığı bərpa edib. "Bu gün İrəvanla bir sıra müqavilə öncəsi danışıqlar aparılır. ORSIS-in erməni tərəfi ilə əməkdaşlıq baxımından yeni bir müsbət səhifə açdığını söyləyə bilərik" - deyə şirkətin baş dizayneri Maksim Baymetov RİA Novosti-yə bildirib.

O, "Ordu-2021" sərgisində ORSİS rəhbərliyinin Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdüyünü qeyd edib. "Tərəfdaşlarımız, qabaqcıl modellər də daxil olmaqla, ORSIS tərəfindən istehsal olunan bütün silah növünə böyük maraq göstərdilər" deyib. 2019-cu ildə, Ermənistan Müdafiə Nazirliyi bir neçə milyon dollara hərbi texnika tədarükü üzrə tenderin pozulması nəticəsində ORSIS Ermənistanın hüquq-mühafizə orqanlarına silah tədarükçülərinin "qara siyahısına" daxil edilib.