Dəhşətli hücum: Terrorçular hərbçiləri mühasirəyə alıb güllələdi


Dünya 17 Sen 2021 12:35:00 212 0

Dəhşətli hücum: Terrorçular hərbçiləri mühasirəyə alıb güllələdi

Nigeriyada "Boko Haram" terror qruplaşması hərbçilərin karvanına hücum edib.

Son.az Metbuat.az-a istinadən xəbər verir ki, hücum zamanı 12 hərbçi həlak olub. Terrorçuların itkiləri barədə məlumat yoxdur. Bildirilir ki, hərbi maşınlarda müxtəlif növ silahlar olub. Silahların Borno əyalətindəki hərbi hissəyə daşınması nəzərdə tutulmuşdu.

Yerli mənbələrin məlumatına görə, hücum zamanı terrorçuların bəzi silahları ələ keçirdiyi istisna edilmir.

Son.az