İran Prezidenti Paşinyanla görüşdü


Dünya 17 Sen 2021 11:08:00 151 0

İran Prezidenti Paşinyanla görüşdü

İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanları yayıb.

Məlumata əsasən, görüş Tacikistanda baş tutub.

Qeyd edək ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sessiyalarında iştirak etmək məqsədilə Düşənbə şəhərində səfərdədir.