Daha bir ölkə sərhədlərini açdı


Dünya 17 Sen 2021 09:04:00 188 0

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəyə girişinə icazə verəcək", -  deyə məlumatda bildirilir.

Qeyd edilir ki, əcnəbilər ölkəyə daxil olmaq üçün əvvəlcə peyvənd sertifikatlarını təsdiqlətməlidirlər.

Bundan əlavə, bütün ziyarətçilər beş günlük karantin rejiminə riayət etməlidirlər. 14 gün ərzində sağlamlıqları və harada olduqları barədə də məlumat verməlidirlər.

Eyni zamanda, peyvənd edilməyən çilililər hələ də yalnız xüsusi icazə ilə ölkəni tərk edə bilərlər.