Hindistanda estakadanın çökməsi nəticəsində 13 nəfər xəsarət alıb
Dünya 17 Sen 2021 08:11:00 88 0
Hindistanın paytaxtı Mumbay şəhərinin cənubunda tikintisi davam edən estakadanın bir hissəsi çöküb.
Trend-in məlumatına görə, bu barədə "ANİ" agentliyi şəhərin Santa-Krus rayonunun prokuroruna istinadən xəbər verib.
Məlumata əsasən, Bakı vaxtı ilə təxminən saat 03:00-da baş hadisə nəticəsində azı 13 nəfər xəsarət alıb. Bildirilir ki, ölən və itkin düşən yoxdur.
Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Hadisə yerində polis əməkdaşları və yanğınsöndürmə briqadaları işləyir.
Mənbə: milli.az