Bu smartfon istehsalçısı işçilərinin 20 %ni ixtisar edir


Dünya 16 Sen 2021 19:42:00 112 0

Bu smartfon istehsalçısı işçilərinin 20 %ni ixtisar edir

Çinin smartfon istehsalçısı "Oppo" şirkəti "OnePlus"la birləşmədən sonra işçilərinin 20 %-ni ixtisar edir.

Son.az report-a istinadən bildirir ki,  ixtisara "Android"i öz əməliyyat sistemi "ColorOS"a adaptasiya edən komanda və əşyaların interneti bölməsi düşəcək.

"Oppo" və "OnePlus"un birləşməsi Çinin mobil industriyasında ilk belə iri hadisə olub. Hazırda "Oppo" Çində "COVID-19"a yoluxmanın artması fonunda pərakəndə ticarətin zəifləməsi ilə üzləşib.