“Ulduz” filmi ilə tanınan, 80dək filmdə çəkilən və heç bir fəxri adı olmayan aktyor FOTO


Kriminal 16 Sen 2021 18:42:00 103 0

“Ulduz” filmi ilə tanınan, 80dək filmdə çəkilən və heç bir fəxri adı olmayan aktyor  FOTO

O, bir çox ekran əsərlərində epizodik rollar oynayıb, amma nümayiş etdirdiyi sənətlə tamaşaçıların xatirəsində əbədiyaşarlıq qazanıb. Elə təkcə "Ulduz" filmindəki kolxoz sədri Qədir rolu tanınmış aktyor Bahadur Əliyevi xatırlamağa kifayət edir.

16 sentyabr - aktyor Bahadur Əliyevin anım günüdür.

Belə ki, 69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr edən Bahadur Əliyevin qısa həyat hekayəsini təqdim edirik.

Aktyor və kino istehsalı təşkilatçısı Bahadur Əliyev sənətdəki xidmətləri müqabilində layiqli qiymətini ala bilməyən sənətkarlardandır.

Ona heç bir fəxri ad, titul, mükafat verilməyib. Heç özü də bunun üçün kimsəyə ağız açmayıb.

Sənət yoldaşları deyirlər ki, B.Əliyev üçün rolun böyüyü, kiçiyi olmayıb. O, həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.

Son.az modern.az-a istinadən xəbər verir ki, aktyor irili-xırdalı 80-ə yaxın filmə çəkilib. Kim deyə bilər ki, "Ulduz" filmindəki kolxoz sədri Qədiri Bahadur Əliyevdən daha yaxşı oynaya bilən olardı. Yeri gəlmişkən, bunu sənət dostları da təsdiqləyir ki, oynadığı kolxoz sədri rolu Bahadur Əliyevin özündən daha çox məşhur oldu. Bu obraz o qədər gözəl ifa olunub ki, bütün hərəkətləri və sözləri hələ də dillər əzbəridir. Məsələn, Qədirin "adə, bu him-cim nə yaxşı şeydir" ifadəsi, yaxud da onun dilindən ifa edilən "Mən Qədirəm, yollar üstə duraram" mahnısının sözləri indi də məqamı gələndə işlədilir.

Filmlərdə kiçik, bəzən heç adı olmayan rollarda, kütləvi səhnələrdə görünsə də, böyük arzularla yaşayan aktyor yeni ekran əsərlərində məşhur qəhrəmanları canlandırmağın xəyallarını qururdu.

Görkəmli aktyor enişli-yoxuşlu, çətin sınaqlarla dolu həyat yolu keçib.

Bahadur Atabala oğlu Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. O, hələ orta məktəbdə oxuyarkən incəsənətlə maraqlanıb, ali təhsil almaq üçün hara gedəcəyini və aktyor olacağını elə o zamandan müəyyənləşdirib.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, institut səhnəsində yoldaşları ilə birgə tamaşalarda iştirak etməsi gənc tələbə-aktyorun qarşısında yeni perspektivlər açır.

1956-cı ildə institutu bitirən Bahadur Əliyevin təyinatını Bakı kinostudiyasına verirlər.

Bir ildən sonra onu aktyor vəzifəsinə irəli çəkirlər. 1957-1959-cu illərdə "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində kiçik rollarda çəkilir. Özü deyirdi ki, həmin kiçik rollar onun üçün gələcək filmlərə gedən yolda istinad nöqtəsi olub.

Lakin günlərin birində - 1959-cu il oktyabrın 3-də onu kinostudiyanın kadrlar şöbəsinə çağırıb deyirlər ki, işin həcmi azaldığına görə tutduğunuz vəzifədən azad olunursunuz.

Bu işdən çıxarılma ona çox pis təsir edir.

Bahadur Əliyev bir ildən sonra Bakıdakı Lal-Karlar Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Amma Lal-Karlar Mədəniyyət evində 15 gündən artıq qala bilmir və ərizə yazıb öz xahişi ilə işdən çıxır.

Nəhayət 1961-ci il mayın 12-də yenidən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə qayıdır. Bu dəfə korrektor vəzifəsinə. O, bu vəzifədə yazı-pozu ilə məşğul olsa da, əsas işi filmlərə çəkilmək idi.

1961-1965-ci illərdə aktyor "Telefonçu qız", "Əmək və qızıl gül", "Romeo mənim qonşumdur" filmlərinə çəkilir, "Böyük dayaq"da komsomolçu, "Möcüzələr adası"nda neftçi, "Sehirli xalat"da xanın əsgəri rollarında da çıxış edir.

Nəhayət 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettası əsasında ekranlaşdırılan "Ulduz" musiqili kinokomediyası Bahadur Əliyevin məşhurluq qazanmasına səbəb olur.

Məhz Bahadur Əliyevin məharətli aktyorluq bacarığı sayəsində kolxoz sədri Qədirin şöhrətpərəst, özündən müştəbeh, kütbeyin olması tam çılpaqlığı ilə tamaşaçıya çatdırılıb.

Kolxoz sədri rolu ona məşhurluq qazandırsa da, aktyorun bəxti yenə gətirməyib.

Bahadur Əliyev "Ulduz" filmində özünü aktyor kimi bir daha təsdiq edəndən sonra daha böyük rollara dəvət olunacağını düşünərkən, kinostudiyanın rəhbərliyi onu böyük inzibatçı vəzifəsinə keçirir.

Dağıstanda 24 nəfər zəhərləndi like
  • 16 Sen 18:36  
Dünya Dağıstanda 24 nəfər zəhərləndi

Dağıstanın paytaxtı Mahaçqalada uşaqlar arasında kütləvi zəhərlənmə

arrow Ətraflı
"Rusiyanın təklifləri Bakı və Yerevana təqdim olunub" like
  • 16 Sen 18:32  
Siyasət "Rusiyanın təklifləri Bakı və Yerevana təqdim olunub"

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin və büt

arrow Ətraflı
"Skoda" avtomobil istehsalını bir həftəlik dayandıracaq like
  • 16 Sen 18:30  
Digərləri "Skoda" avtomobil istehsalını bir həftəlik dayandıracaq

Çexiyanın "Skoda" avtomobil şirkəti elektron komponentlərin çat

arrow Ətraflı
Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olundu  FOTO like
  • 16 Sen 18:25  
Siyasət Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olundu FOTO

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə m

arrow Ətraflı
Uşağı ilə lüt şəkil şəkdirdi  Pedofiliyada ittiham olundu like
  • 16 Sen 18:18  
Şou-biznes Uşağı ilə lüt şəkil şəkdirdi Pedofiliyada ittiham olundu

"Victoria's Secret"-in keçmiş modeli Elza Hosk körpəsi ilə l

arrow Ətraflı
İranda ötən sutka 453 nəfər koronavirusdan ölüb like
  • 16 Sen 18:18  
Digərləri İranda ötən sutka 453 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb, 18

arrow Ətraflı
Dünyada ilk  TikTok fakültəsi açıldı like
  • 16 Sen 18:12  
Digərləri Dünyada ilk TikTok fakültəsi açıldı

Sosial media və universitet dünyasında bir ilk gerçəkləşib.

arrow Ətraflı
Nigar Camal qüsursuz bədən quruluşunu nümayiş etdirdi  VİDEO like
  • 16 Sen 18:06  
Şou-biznes Nigar Camal qüsursuz bədən quruluşunu nümayiş etdirdi VİDEO

Azərbaycana 2011-ci ildə "Avroviziya" qalibiyyəti bəxş edən cazi

arrow Ətraflı
Qorxmaz Əlili xalq artistlərinin hesabına 1 milyon pul köçürüb?  VİDEO like
  • 16 Sen 18:00  
Şou-biznes Qorxmaz Əlili xalq artistlərinin hesabına 1 milyon pul köçürüb? VİDEO

Əməkdar artist Qorxmaz Əlilicanzadə maraqlı açıqlaması ilə diqqət çə

arrow Ətraflı
Bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq like
  • 16 Sen 17:58  
Digərləri Bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq

Yeni tədris ilində bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq,

arrow Ətraflı
Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq?  AÇIQLAMA like
  • 16 Sen 17:54  
Digərləri Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? AÇIQLAMA

Müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasi

arrow Ətraflı
Model skotçdan hazırlanan geyimlə üzə çıxdı like
  • 16 Sen 17:48  
Dünya Model skotçdan hazırlanan geyimlə üzə çıxdı

Yamaykalı model skotç lentdən hazırlanmış geyimlə kütləvi tədbirə qat

arrow Ətraflı
Hakim arvadını öldürdükdən sonra bir güllə də özünə vurmaq istəyib like
  • 16 Sen 17:42  
Digərləri Hakim arvadını öldürdükdən sonra bir güllə də özünə vurmaq istəyib

Paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sabunçu

arrow Ətraflı