İranda ötən sutka 453 nəfər koronavirusdan ölüb


Digərləri 16 Sen 2021 18:18:00 162 0

İranda ötən sutka 453 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb, 18 021 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 116 072 nəfərə, yoluxanların sayı isə 5 378 408 nəfərə çatıb. Virus daşıyıcılarından 6 981 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 682 704 nəfər koronavirusdan sağalıb, 30,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 40,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 27 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13,3 milyon təşkil edir.