AŞ PA Ermənistanı Azərbaycanın işğal altında olmuş ərazilərində bütün mina xəritələrini verməyə çağırıb


Siyasət 16 Sen 2021 18:03:00 147 0

AŞ PA Ermənistanı Azərbaycanın işğal altında olmuş ərazilərində bütün mina xəritələrini verməyə çağırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya məsələləri üzrə komitəsi Ermənistanı Azərbaycanın əvvəl işğal altında olmuş ərazilərində quraşdırılan bütün minaların xəritələrini verməyə çağırıb.

Trend bu barədə AŞ PA-ya istinadən məlumat verir.

Komitə İkinci Qarabağ müharibəsindən sonra qısa və uzunmüddətli perspektivdə humanitar fəsadların aradan qaldırılması üçün tərəflərə tövsiyələr hazırlayıb.

Eyni zamanda, komitə noyabrda atəşin dayandırılmasından sonra 159 azərbaycanlının minaya düşməsi nəticəsində ölməsi və ya yaralanması ilə bağlı təəssüfləndiyini ifadə edib və Ermənistanı dərhal əlində olan mina xəritələrini təhvil verməyə çağırıb.