Bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq


Digərləri 16 Sen 2021 17:58:00 220 0

Bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq

Yeni tədris ilində bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq, bəzilərində isə həm ənənəvi, həm də elektron jurnallar olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, ötən tədris ilində 94 məktəbdə elektron jurnallar tətbiq olunub, bu il isə Bakının 215 məktəbində elektron jurnal və gündəlikdən istifadə ediləcək: "X-XI siniflərin dərslərdən yayınması məsələsi bir neçə ildir müzakirə edilir. Ümid edirik ki, elektron jurnalların tətbiqi bu məsələdə müsbət rol oynayacaq".