Cərimə yazılıb, amma sürücü protokolla razılaşmır


Digərləri 16 Sen 2021 16:12:00 137 0

Cərimə yazılıb, amma sürücü protokolla razılaşmır

Beton arakəsmə olan yolda əks istiqamətə çıxan avtomobil qəza şəraiti yaradıb.  

Digər minik avtomobilinin sürücüsü isə bu təhlükədən yayındığı üçün yolda olan başqa bir  avtomobili vurub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə sentyabrın 11-də Bakı-Şamaxı- Yevlax yolunun 105-ci kilometrliyində baş verib.

Ziya Ağarəhimovun sözlərinə görə, Qəbələ istiqamətində hərəkətdə olarkən ona məxsus maşının qarşısına Acıdərə adlanan yerdə qəfil 10 SA 036 dövlət qeydiyyat nişanlı avtomil çıxıb.

Şikayətçi  Ziya Ağarəhimov deyir ki, hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Bundan sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları gəliblər.

Sürücü Ziya Ağarəhimov əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasına görə 40 manat cərimə olunub. Şikayətçi iddia edir ki, ona bu cərimə qanunsuz yazılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Priyev ''Xəzər Xəbər'' bildirib ki, Ziya Ağarəhimovla yanaşı əks zolağa çıxan digər sürücü barəsində də İnzibati Xətallar Məcəlləsinin 327.4-cü maddəsinə görə protokol tərtib olunub.

Qurum rəsmisi qeyd edib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son.az