Valideynlər məktəb binasına buraxılmayacaq


Digərləri 16 Sen 2021 13:21:00 112 0

Valideynlər məktəb binasına buraxılmayacaq

Valideynlər məktəb binasına buraxılmayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.

O bildirib ki, siniflərə giriş zamanı şagirdlərin sosial məsafə və gigiyena qaydalarına əməl olunması, qoruyucu vasitələrdən istifadə edilməsi təmin ediləcək:

"37.1 dərəcədən yüksək hərarəti olanlar məktəbə buraxılmayacaq. Şagird sıxlığı çox olan məktəblərdə sosial məsafənin gözlənilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılır".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.