Gürcüstanda daha 2 176 nəfərdə COVID19 aşkarlanıb, 43 nəfər ölüb


Digərləri 16 Sen 2021 13:24:00 111 0

Gürcüstanda daha 2 176 nəfərdə COVID19 aşkarlanıb, 43 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 2 176 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər vəfat edib.

Son.az bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 589 727-yə, ölənlərin sayı isə 8 390-a yüksəlib.

Son 24 saat ərzində 2 838, ümumilikdə isə 554 618 nəfər sağalıb.