Şəhid Hüseyn Əliyevin doğum günü idi


Digərləri 16 Sen 2021 12:54:00 220 0

Şəhid Hüseyn Əliyevin doğum günü idi

Vətən müharibəsində canını fəda edən qəhrəman hərbçilərimizdən biri də Hüseyn Əliyev olub.

O,Tovuz döyüşlərindən sonra ordu sıralarına qoşulub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini Hüseyn Əliyevin aruzusu vətən torpaqlarını işğaldan azad etmək  idi. Əks-hücum əməliyyatları başlayan vaxtı döyüşlərə qatılıb. Hüseyn 2000-ci ilin dünəni dünyaya göz açıb.

Anası deyir ki, hər il bilik günündə onun ad gününü qeyd ediblər. Doğum günü tortunu isə həmişə özü kəsərdi. Şəhid hərbçimiz indi cənnətdə ilk doğum gününü qeyd edir.

Şəhidimizin nəşi 2021-ci il yanvarın 13-də Murovdağ yüksəkliyində tapılıb. Yanvarın 14-də isə doğma kəndində dəfn olunub. Bu gün Hüseyn Əliyev ailə üzvləri, doğmaları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri onun məzarı başında ruhuna dualar oxuyublar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son.az