Fransa prezidenti Böyük Saharada İŞİD liderinin məhv edildiyini açıqladı


Dünya 16 Sen 2021 09:12:00 101 0

Fransa prezidenti Böyük Saharada İŞİD liderinin məhv edildiyini açıqladı

Fransa prezidenti Emmanuel Makron ölkə hərbçiləri tərəfindən Sahel bölgəsindəki İŞİD terror təşkilatının liderini məhv etdiyini elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa prezidenti öz "Twitter" səhifəsində yazıb.

E.Makron qeyd edib: "Böyük Saharada "İslam Dövləti" terror qruplaşmasının lideri Adnan Əbu Valid əl-Sahraui Fransa qoşunları tərəfindən zərərsizləşdirilib. Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur".