“Taliban” əfv vəd etdiyi zabiti öldürdü


Dünya 16 Sen 2021 08:08:00 187 0

“Taliban” əfv vəd etdiyi zabiti öldürdü

"Taliban" hərəkatının üzvləri amnistiya vədinə baxmayaraq, Əfqanıstan Hərbi Hava Qüvvələrinin keçmiş zabitini öldürüblər.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zalmay Açakzay Heratdakı evindən çıxarılaraq qətlə yetirilib. Bundan əlavə, mənbənin bildirdiyinə görə, Nanqarhar əyalətində də "Taliban" döyüşçüləri bir qadını və bir uşağı güllələyib.

Qeyd edək ki, "Taliban" əvvəlki hökumətə sadiq olan və onlarla çalışanları, o cümlədən hərbçiləri əfv edəcəyini açıqlamışdı. Bu vədə baxmayaraq, özünün və doğmalarının təhlükəsizliyindən ehtiyat edən hərbçilərin çoxu ölkəni tərk edib. Taliblərin sözçüsü Zabiullah Mücahid xarici qüvvələrlə işbirliyi quran əfqanların da bağışlanacağını və həyatları üçün təhlükə olmadığını bildirmişdi.