TAP olmasaydı, Avropada qaz qiymətləri daha yüksək olacaqdı İcraçı direktor


Digərləri 16 Sen 2021 00:02:00 180 0

TAP olmasaydı, Avropada qaz qiymətləri daha yüksək olacaqdı  İcraçı direktor

"Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan və Azərbaycan qazının Avropaya nəql olunduğu Trans-Adriatik qaz kəməri (TAP) olmasaydı, Avropada qaz qiymətləri daha yüksək olacaqdı.

Trend-in İtaliya KİV-lərinə istinadən məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, TAP Avropa üzrə təbii qaz qiymətlərində fərqi sıfırlayıb:

"Sentyabrın 10-da Niderlandın TTF habı ilə İtaliyabnın PSV habında qiymət fərqi İtaliya ümün mənfi olub. TTF-də qazın qiyməti 1 meqavatt/saat üçün 58,23 avro olduğu halda, PSV-də bu rəqəm 57,68 avro idi. TAP istismarının ilk doqquz ayı ərzində İtaliyaya 20-25 milyon kubmetr qaz nəql edib. Hazırda TAP Yunanıstan-Türkiyə sərhədindən 5 milyard kubmetr qaz əldə edib. Bu töhfə olmasaydı qiymət fərqi daha böyük olacaqdı. TAP İtaliyanın qaz tələbatının 10-11 faizini təmin edəcək".