“Don't Worry Darling” filmi 2022ci ildə yayımlanacaq


Digərləri 15 Sen 2021 23:45:00 120 0

“Don't Worry Darling” filmi 2022ci ildə yayımlanacaq

Ötən əsrin 50-ci illərində baş verən bir hadisədən bəhs edən və maraqla gözlənilən "Don't Worry Darling" ("Narahat olma sevgilim") filmi 2022-ci il sentyabrın 23-də nümayiş ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tamaşaçılar və tənqidçilər tərəfindən bəyənilən "Booksmart" filmi ilə rejissorluq karyerasına başlayan Olivia Vilde, ikinci uzunmetrajlı filmi üçün tanınmış simaları bir araya gətirib.

Amerikalı aktrisa, rejissor və prodüser Olivia Vilde tərəfindən çəkilən filmdə baş rolları məşhur ingilis aktrisa Florence Pugh və dünyaca tanınmış aktyor, model, musiqiçi Harry Styles canlandıracaq.

Personajlar arasındakı qarışıq əlaqənin dinamikasını ortaya qoyan filmin süjet xətti 1950-ci illərdə Kaliforniya çölündə bir utopik cəmiyyətdə yaşayan ailədən bəhs edir.