Təhsil naziri Türkiyənin Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb


Digərləri 15 Sen 2021 22:35:00 169 0

Təhsil naziri Türkiyənin Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Sentyabrın 15-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Son.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisi arasında təhsil sahəsində mümkün gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.