İran “Barakat” peyvəndinin istehsalını artıracaq


Dünya 15 Sen 2021 22:15:00 49 0

İran “Barakat” peyvəndinin istehsalını artıracaq

İranın Çin ilə əldə etdiyi razılaşmaya əsasən 90 milyon doza peyvənd almalıdır. Bu günə kimi İrana 40 milyon doza gətirilib. Qalan 50 milyon doza tədricən çatdırılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İran-Çin Birgə Ticarət Palatasının həmsədri Məcid Rza Həriri məlumat verib. O qeyd edib ki, təyyarə ilə 5 milyon dozadan artıq peyvənd gətirmək olmur. Çünki peyvəndin nəql olunması xüsusi yanaşma tələb olunur. Hər həftə Çindən İrana 5 milyon doza peyvənd gətiriləcək.

İmam Xomeyninin Vəsiyyətlərinin İcrası Təşkilatının rəhbəri Seyid Mustafa Haşimi isə mətbuata verdiyi açıqlamada nəzərə çatdırıb ki, "Barakat" peyvəndinin istehsalı artırılaraq ayda 8 milyon dozaya çatdırılacaq. "Barakat" peyvəndi təşkilata məxsus "Shafa Pharmed" fabrikində istehsal edilir. Bu günə kimi İranda 38 milyona yaxın insana peyvənd vurulub və proses davam edir.

İranın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya əsasən isə son 24 saat ərzində ölkədə 19 min 731 nəfər koronavirusa yoluxub, 452 nəfər isə ölüb. Bununla da ölkədə yoluxanların ümumu sayı 5 milyon 360 min 387 nəfərə, ölənlərin ümumi sayı isə 115 min 619-a çatıb. Müxtəlif xəstəxanalarda 7 min 54 nəfər xəstənin vəziyyəti ağır olaraq qalır ki, bu da ölüm hallarının artacağını ehtimal etməyə əsas verir. Eyni zamanda müalicə alan 4 milyon 654 min 558 nəfər sağalaraq evə buraxılıb.

Türkiyədə son sutkada koronavirusdan 248 nəfər ölüb like
  • 15 Sen 22:10  
Dünya Türkiyədə son sutkada koronavirusdan 248 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 248 nəfər ölüb.

arrow Ətraflı
Masallıda mebel sexi yanıb like
  • 15 Sen 21:35  
Digərləri Masallıda mebel sexi yanıb

Masallı rayonunda mebel sexi yanıb.

arrow Ətraflı
Riyaziyyatçılar Van Qoqun yaradıcılıq uğurlarının səbəbini tapıblar  FOTO like
  • 15 Sen 21:35  
Digərləri Riyaziyyatçılar Van Qoqun yaradıcılıq uğurlarının səbəbini tapıblar FOTO

Riyaziyyatçılar Van Qoq və digər rəssamların, eləcə də rejissor və elm

arrow Ətraflı
Bu ölkələrdə uşaqlara da vaksin vurulmasına başlanıldı like
  • 15 Sen 21:30  
Dünya Bu ölkələrdə uşaqlara da vaksin vurulmasına başlanıldı

Son vaxtlar bir çox ölkə 12-15 yaş arası uşaqların COVID-19 əleyhinə pe

arrow Ətraflı
Məşhur sənətçi agent çıxdı like
  • 15 Sen 21:15  
Digərləri Məşhur sənətçi agent çıxdı

Əfsanəvi caz ifaçısı Luis Armstronqun ABŞ-ın Afrikadakı ictimaiyyətlə

arrow Ətraflı
Bakı limanı Aİnin flaqman layihəsinin tərkib hissəsi olacaq like
  • 15 Sen 21:05  
Digərləri Bakı limanı Aİnin flaqman layihəsinin tərkib hissəsi olacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa İttifaqının (Aİ) yaxın ill

arrow Ətraflı
Heyvanlara görə reklamdan imtina etdi like
  • 15 Sen 21:00  
Şou-biznes Heyvanlara görə reklamdan imtina etdi

Aktyor Çağlar Ertuğrul örnək addımıyla gündəmə gəlib.

arrow Ətraflı