Masallıda mebel sexi yanıb
Digərləri 15 Sen 2021 21:35:00 105 0
Masallı rayonunda mebel sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılan taxta materialları 5 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az