Rusiya sentyabrın sonu 4cü dalğanın başlayacağını AÇIQLADI


Dünya 15 Sen 2021 21:40:00 128 0

Rusiya sentyabrın sonu 4cü dalğanın başlayacağını AÇIQLADI

Rusiyada koronavirusun dördüncü dalğası sentyabrın sonunda başlaya bilər.

Son.az bildirir ki, bu sözləri rusiyalı immunoloq, fəlsəfə doktoru Nikolay Kryuçkov deyib.

Onun sözlərinə görə, sentyabr ayının sonunda yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım baş verə bilər.

"Təəssüf ki, bütün göstəricilərə görə artım başlamalıdır".

O vurğulayıb ki, xəstəlik artımı böyük şəhərlərdən başlayacaq. Oktyabrın əvvəlində isə yoluxmada yüksək artım qeydə alınacaq və ölüm nisbəti də artacaq. /medicina.az