Son 14 gündə 136 kiloqram narkotik aşkarlanıb RƏSMİ


Digərləri 15 Sen 2021 19:12:00 112 0

Son 14 gündə 136 kiloqram narkotik aşkarlanıb  RƏSMİ

Sentyabr ayında, 14 gün ərzində daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində ölkə ərazisində 285 fakt üzrə 136 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, həmin faktlardan 175-i narkotik vasitəni qanunsuz saxlama, 84-ü satış, 26-sı isə əkin təşkil edib.